Orban: Brüssel sülh istəmir

23.01.2026

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

Bu sözləri Macarıstanın Baş naziri Viktor Orban İtaliyanın "Corriere della Sera" qəzetinə müsahibəsində dilə gətirib. Onun iddiasına görə, Avropa İttifaqına üzv ölkələrin qabaqcılları Rusiya-Ukrayna müharibəsinin hələ çox çəkməsini istəyirlər: "Brüssel, ən azından Ukraynada, sülh arzusunda deyil, əksinə, gördüyü işlər müharibənin davamına şərait yaradır. Problem məhz budur".
Viktor Orban Rusiya-Ukrayna müharibəsinin həlli üzrə mövqeyinə görə Avropa İttifaqını dəfələrlə tənqid atəşinə tutub. Rəsmi Budapeşt belə bir vəziyyətdə münaqişənin daha da uzanacağı iddiasını irəli sürərək, Kiyevə hər hansı maliyyə dəstəyi ayırmır.
Firudin Həmidli
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью