Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

16.06.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Macarıstan parlamenti ölkə Konstitusiyasına baş nazirin səlahiyyətlərini iki dörd illik müddətlə məhdudlaşdıran düzəlişi təsdiqləyib.

Axar.az xəbər verir ki, bu barədə “Döyçe Velle” məlumat yayıb.

Məlumata görə, səsvermə zamanı 134 deputat təşəbbüsü dəstəkləyib, 50 nəfər əleyhinə səs verib, altı nəfər isə bitərəf qalıb:

“Qayda 1990-cı ildən bəri hökumət başçısı vəzifəsini tutan hər kəsə şamil edilir. Bu o deməkdir ki, keçmiş baş nazir Viktor Orban bu vəzifəyə beş müddətə qayıtdığı üçün yenidən baş nazir ola bilməyəcək”.

Qeyd edək ki, sözügedən Konstitusiya dəyişiklikyi 12 aprel parlament seçkilərindən sonra Macarıstanın Baş naziri olan Peter Magyarın seçki vədlərindən biri idi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью