Orban: Macarıstanın təhlükəsizliyi Berlin, Moskva və Ankaradan asılıdır

16.11.2025

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Rusiya Avropa siyasətindən yox olmayacaq".
Bizim.Media xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban "MD Meets" podkastında bildirib.
"Biz rusları tanıyırıq və bilirik ki, onlar burada qalacaqlar. Əgər kimsə onların Avropa siyasətindən yox olacağını düşünürsə, bu, axmaqlıqdır", - deyə baş nazir bəyan edib.
Orban əlavə edib ki, Budapeştin təhlükəsizliyi üç əsas mərkəz - Berlin, Moskva və Ankara arasında tarazlıqla müəyyən edilir.
"Bu, Macarıstanın təhlükəsizliyini müəyyən edən üçbucaqdır. Buna görə də, hər üç istiqamət üçün yaxşı həll yolu tapmalıyam ki, bu da macarlar üçün qələbə olacaq", - deyə o yekunlaşdırıb.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью