Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Budapeşt münaqişənin sülh yolu ilə həlli dəstəkləyir”
“Macarlar Brüsselin göstərişi ilə Ukrayna münaqişəsində ölməyə göndərilməyəcək. Budapeşt münaqişənin sülh yolu ilə həlli dəstəkləyir”. AYNA.AZ xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban deyib.
" Bu gün biz bütün dünyaya mesaj veririk: Macarıstan müharibəyə yox deyir! Biz Ukrayna üçün ölməyəcəyik. Brüsseldən gələn sifarişlə uşaqlarımızı qırğına göndərməyəcəyik", - Orban müraciətində qeyd edib.
Qeyd edək ki, cümə axşamı Budapeşt növbəti dəfə Macarıstan hökumətinin Ukraynadakı münaqişənin həllinə yönəlmiş siyasətinə dəstək və Kiyevə hərbi yardıma qarşı çıxan “Sülh marşı”na ev sahibliyi edəcək.