Orban Putin və Trampın Macarıstandakı görüşünün tarixini açıqlayıb

17.10.2025

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Rusiya Prezidenti Vladimir Putin və ABŞ dövlət başçısı Donald Tramp arasında Budapeşt görüşü iki ölkənin xarici işlər nazirləri arasında gələn həftə baş tutacaq görüşdən bir həftə sonra baş tuta bilər”.

Missiya.Az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

"Onlar qərara gəldilər ki, xarici işlər naziri bir həftə ərzində qalan məsələləri həll etməyə çalışacaqlar və bir həftə sonra isə liderlər Budapeştə gələ biləcəklər", - deyə siyasətçi vurğulayıb.

Orban qeyd edib ki, oktyabrın 16-da axşam saatlarında Rusiya-ABŞ sammitinə hazırlıq üçün təşkilat komitəsinin yaradılması barədə göstəriş verib.

Onun sözlərinə görə, artıq işlərə başlanılıb.

Daşqın Həsənov
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью