GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Macarıstanın Baş naziri Viktor Orban noyabrın 28-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“Görüşün məqsədi Rusiyadan Macarıstana qaz və neft nəqlinin davam etdirilməsini təmin etmək olacaq. Bundan başqa, görüş zamanı tərəflərin müzakirə edəcəyi məsələlər arasında Ukraynada nizamlanma da yer alacaq”, – deyə bildirilib.
Əliyar Xəlil
Globalinfo.az