GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Avropa da ABŞ-la eyni şeyi etməlidir, yəni danışıqlar aparmalıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
“Macarıstanın təklifi Avropa İttifaqının (Aİ) sadəcə otaqda oturması deyil, Rusiya ilə müstəqil danışıqlar aparmasıdır”, – siyasətçi bildirib.
O əlavə edib ki, Avropa liderləri ABŞ Prezidenti Donald Trampa müdaxilə etməsəydilər, Rusiya və Ukrayna arasında sülh sazişi artıq imzalanacaqdı.
Qeyd edək ki, oktyabrın 23-24-də Brüsseldə Aİ sammiti keçiriləcək.
Əliyar Xəlil
Globalinfo.az