Orban Rusiya qazının Ukraynadan tranziti üçün hiylə düşünüb Reuters | Icma.az
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Macarıstan qaz üçün Ukraynanın tranzit marşrutundan imtina etməyəcək..." Macarıstan Moskva və Kiyevlə Ukraynadan açıq qaz tədarükünün saxlanılması üçün danışıqlar aparır, baxmayaraq ki, Rusiya qazı "Türk axını" boru kəmərindən idxal edilir.
Moderator.az xəbər verir ki, bu barədə Macarıstan baş naziri Viktor Orban bəyan edib. Məlumatı "Reuters" agentliyi yayıb.
Baş nazirin sözlərinə görə, o, "bu marşrutdan imtina etmək istəmir".
Nəşr xatırladır ki, Ukraynadan keçən qaz kəməri Rusiya qazının Avropaya nəqlinin son əsas marşrutlarından biridir.
Lakin bu ilin sonunda bu marşrut bağlanmalıdır, çünki Kiyev "mavi yanacağın"' Slovakiya, Çexiya və Avstriyaya tədarükü ilə bağlı beşillik tranzit müqaviləsini uzatmaq istəmir.
"Biz indi belə bir "hiylə" düşünürük, məsələn, Ukraynaya çatacağı məqamda qaz Rusiya qazı olmayacaqsa, artıq istehlakçıların mülkinə çevriləcək.
Beləliklə, Ukraynaya daxil olan qaz artıq Rusiyanın deyil, Macarıstanın olacaq", - Orban izah edib.
Tam oxu
Xəbəri oxu