Orban: Tramp indidən dünyanı alt üst edib

04.02.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Macarıstanın Baş naziri Viktor Orban ABŞ Prezidenti Donald Trampın vəzifəyə başlamasından sonra dünya siyasətində böyük dəyişikliklərin baş verdiyini deyib.

Oxu.Az abcgazetesi.com-a istinadən xəbər verir ki, onun sözlərinə görə, D.Trampın prezidentlik dövrü sürətlə və təsirli başlayıb.

V.Orban bildirib: "Prezident cəmi 14 gündür vəzifədədir, ancaq indidən dünyanı alt-üst edib. Dekabrdan bu yana qədər dünya xeyli dəyişib. Məqsədimiz Brüsseldəki bürokrartların nə düşünməsindən asılı olmayaraq, Macarıstanın bu dəyişikliklərdən qazanclı çıxmasını təmin etməkdir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью