Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Tramp Rusiyadan neft və qaz aldığı üçün Macarıstana sanksiyalar tətbiq etməyəcəyinə söz verib.
Ölkə.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban cümə günü Vaşinqtonda ABŞ prezidenti Donald Trampla danışıqlardan sonra bəyan edib.
Macarıstanın “Telex” nəşri Orbanın dediklərindən sitat gətirib: “Biz “Türk axını” və “Drujba” boru kəmərləri üzrə sanksiyalardan tam azad olduq”.
Qeyd edək ki, Macarıstan Rusiya qazını “Türk axını” kəməri ilə, nefti isə “Drujba” kəməri ilə alır.
BBC-nin məlumatına görə, Trampın özü Orbanla iş naharının açıq hissəsində jurnalistlərlə söhbəti zamanı Macarıstan baş nazirinin bəyanatını birmənalı şəkildə nə təkzib edib, nə də təsdiq etməyib.
“Telex”in yazdığına görə, Orban Trampdan bu vədi bağlı qapılar arxasında alıb.
Mürtəza