Orban Tramp üçün Qrenlandiyanı görün nəyə bənzətdi

24.01.2026

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Macarıstanın Baş naziri Viktor Orban Qrenlandiyanı ABŞ Prezidenti Donald Tramp üçün “viski qədəhinə atılan buz parçası”na bənzədib.

Globalinfo.az xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.

Orbanın sözlərinə görə, Tramp Qrenlandiyanı ABŞ üçün strateji və hərbi baxımdan önəmli bir ərazi kimi görür və orada baş verən proseslər NATO çərçivəsində Vaşinqtonun maraqlarına xidmət edir.

Macarıstanın baş naziri həmçinin bildirib ki, NATO uzun müddət qeyri-effektiv fəaliyyət göstərib. Onun fikrincə, Trampın hakimiyyətə gəlişindən sonra alyansa üzvü ölkələrin müdafiə xərclərinin 3 faizdən yuxarı artırılması, Ağ Ev rəhbərinin NATO-nu qətiyyətli addımlarla gücləndirdiyini göstərir.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью