Orban Trampı, Mask Orbanı bəyəndi

01.03.2025

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Macarıstanın baş naziri Viktor Orban Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenski ilə mübahisəsindən sonra ABŞ prezidenti Donald Trampı dəstəklədiyini bildirib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə özünün X sosial media hesabında bildirib.

“Güclü insanlar sülh, zəif insanlar müharibə yaradır. Bu gün Prezident Donald Tramp cəsarətlə sülh tərəfdarı kimi çıxış etdi. Hətta bir çox insanlar bunu həzm etməkdə çətinlik çəksə belə”, – deyə Orban yazıb.

Orbanın fikrini sahibkar və ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri Elon Musk dəstəkləyib.

Zaur, BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью