Orban Trampın tələbinə əməl etməkdən imtina etdi

27.09.2025

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Macarıstanın baş naziri Viktor Orban ABŞ Prezidenti Donald Trampın tələbini yerinə yetirməkdən imtina edib. Tramp, Budapeşti ucuz rus enerji resurslarının alımağı dayandırmağa çağırmışdı.

Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.

Tramp, Ukrayna Prezidenti Vladimir Zelenski ilə keçirdiyi brifinqdə verdiyi vədi yerinə yetirərək, 26 sentyabrda Orbanla telefonla əlaqə saxlayıb.

Macarıstanın baş naziri bildirib ki, Budapeşt enerji məsələlərində öz maraqlarına əsaslanacaq və Vaşinqtonun tövsiyələrini yerinə yetirmək məcburiyyətində deyil.

"Biz bir-birimizin arqumentlərini qəbul etməməliyik. Biz sadəcə olaraq maraqlarımızı aydın şəkildə ifadə etməli və bir-birimizi dost kimi dinləməliyik. Bundan sonra hər kəs özünün düzgün hesab etdiyi şəkildə hərəkət etməlidir", - deyə Orban vurğulayıb.

Telefon danışığı zamanı o, Trampa bildirib ki, Rusiyanın neftindən imtina etmək Macarıstan iqtisadiyyatını "ayağa qaldıra bilməz".

"ABŞ prezidentinə dedim ki, əgər Macarıstan Rusiyanın neftindən və təbii qazından məhrum olarsa, Macarıstan iqtisadiyyatı 4% düşəcək", - deyə Orban açıqlayıb.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью