Orban: “Türkiyə 3 güc mərkəzindən biridir”

17.11.2025

Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, Macarıstanın baş naziri Almaniyanın “Axel Springer” media konserninin rəhbəri və həmtəsisçisi Matias Döpfnerə müsahibəsində belə deyib.
“Macarlar ruslara digər avropalılardan “daha ziyalı şəkildə” nifrət edirlər. Mən özüm şəxsən heç kimə nifrət etmirəm. Macarıstanın Rusiya ilə qarşılıqlı əlaqədə mühüm təcrübəsi var. Son 150 ildə ruslar və macarlar arasında bir neçə müharibə baş verib”, -jurnalistin onun tez-tez rusiyapərəst mövqedə ittiham olunması barədə sualını cavabında Viktor Orban vurğulayıb.
Siyasətçi macar xalqının “rusları tanıdığını və onların qalacağını, Avropa siyasətindən itməyəcəklkərini” diqqətə çatdırıb. Onun sözlərinə görə, Budapeştə üç güc mərkəzinin olduğu aydındır: Almaniya, Rusiya və Türkiyə. Macarıstanın təhlükəsizliyi bu ölkələrdən asılıdır. Ona görə də Budapeşt üçün hər üç istiqamət üzrə yaxşı həll yolu tapmaq zəruridir.
Macarıstanın baş naziri “Troya atı” barədə ittihamları sadəlövh və primitiv adlandırıb. Viktor Orbanın fikrincə, bu, müharibəni müzakirə etmək üçün ciddi arqumentləri əvəzləyir.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью