Orban: Ukrayna Aİ üzvü olsa, resurslarımız tükənəcək

25.05.2025

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması Macarıstan iqtisadiyyatı üçün mənfi nəticələrə səbəb olacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Macarıstan hökumətinin başçısı Viktor Orban "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Ukraynanın ittifaqa daxil olmasına icazə versək, bu, bizim resurslarımızın tükənməsinə qapı açacaq", - deyə Orban yazıb.

O əlavə edib ki, Budapeşt Kiyevin Aİ-yə qatılmasını maliyyələşdirməyəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью