Orban Ukrayna kəşfiyyatını Macarıstana sızmaqda ittiham edib

10.10.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Macarıstanın Baş naziri Viktor Orban Ukrayna kəşfiyyatını Macarıstana sızmaqda ittiham edib.

APA xəbər verir ki, o bu barədə özünün “X” hesabında paylaşım edib.

“Ukrayna Kəşfiyyat Xidməti sadəcə Macarıstana nəzarət etmir. O, Ukraynapərəst Tisza Partiyası vasitəsilə bura sızıb. Onlar ictimai həyata və siyasətə nüfuz ediblər, müttəfiqlərinə hakimiyyətə gəlməyə kömək etmək üçün texnoloji dəstək göstərirlər. Əvvəllər biz “ruslar artıq anbarın içindədir” deyirdiksə, indi deməliyik: “Ukraynalılar artıq sizin smartfonunuzdadır.” Biz buna göz yummayacağıq!” Orban vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью