Orban Ukrayna üçün 90 mlrd. avroluq kreditlə bağlı irəliləyiş olmadığını deyib

19.03.2026

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukraynaya 90 milyard avroluq kredit və Rusiyaya qarşı 20-ci sanksiya paketinin qəbulunda irəliləyiş yoxdur.

APA xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Viktor Orban bildirib.

Baş nazir bu məsələlərdə irəliləyiş görüb-görmədiyi barədə jurnalistlərin sualına “yox” cavabını verib.

Daha əvvəl Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Avropa İttifaqının Ukraynaya verdiyi kredit “Drujba” neft kəməri ilə bağlı deyil.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью