Orban Ukraynada kimin uduzduğuna aydınlıq gətirib | Icma.az
Icma.az, Azvision portalına istinadən məlumat verir. AzVision.az xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban “M1” telekanalına müsa
Onun sözlərinə görə, ruslar döyüş meydanında tədricən irəliləyirlər. “Güclər balansı göz qabağındadır.
Avropa İttifaqı (Aİ) bu müharibəni uduzdu. Hər şeyi baş-ayaq çevirən Aİ liderləri bunu inkar etməyə çalışırlar.
Macarıstan hakimiyyəti isə hələ də tezliklə sülhə nail olmağı zəruri hesab edir və bu baxımdan ümidlərini ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampa bağlayır”, - Viktor Orban vurğulayıb.
O, Macarıstanın müharibədə iştirak etməməsini başçısı olduğu hökumətinin 2024-cü ildə ən mühüm nailiyyəti kimi qiymətləndirib.
Macarıstanın sülhməramlı missiyasının uğurlu olmadığını etiraf edən Orban, eyni zamanda, vəziyyətin dəyişdiyini və indi hamının sülhdən danışdığını vurğulayıb.
- Rusiyanın Ukraynaya qarşı müharibəsi ətrafında mövcud olan vəziyyətdə müsbət dəyişikliklər baş verib.
Əgər biz altı ay əvvəl Aİ Şurasının sədri vəzifəsinə başlayanda sülhdən danışmaq praktiki olaraq qadağan edilmişdisə, indi hamı sülhdən danışır.
Tam oxu
Xəbəri oxu