Orban Ukraynanın Aİ üzvlüyünə etiraz etdi

04.06.2025

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Avropa İttifaqına daxil olarsa, Avropa sənayesini dəstəkləmək üçün ayrılan bütün resursları mənimsəyəcək.

Metbuat.az xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban belə açıqlama verib. O bildirib ki, bəzi dairələr avropalıların pullarının hara getməsinə önəm vermir. Orban, “Ukrayna Avropa ailələrini, Avropa fermerlərini və Avropa sənayesini gücləndirmək üçün indiyə qədər xərclədiyimiz hər avro, forint və zlotiyi mənimsəyəcək” - deyə bildirib.

O, Macarıstan vətəndaşlarını Ukraynanın Avropa İttifaqına mümkün üzvlüyü ilə bağlı sorğuda fəal iştirak etməyə çağırıb və belə bir addımın mümkün nəticələri ilə bağlı narahatlığını ifadə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью