Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu sözləri Macarıstanın Baş naziri Viktor Orban yerli mətbuata açıqlamasında dilə gətirib. O, Ukraynaın 2027-ci ilədək Avropa İttifaqına (Aİ) qoşulacağı barədə xəbərlərə öz münasibətini bildirib. Vurğulayıb ki, ölkəsində hətta növbəti 100 il ərzində Kiyevin Aİ-yə üzvlüyünə səs verən parlament qurulmayacaq:
"Ukrayna bu məqsədlə Macarıstan müxalifətinin seçkilərdə qələbə çalmasını istəyir. Ona görə də daxili işlərimizə qarışmağa çalışır. Bu, tamamilə yolveriməzdir, əlbəttə, mübarizə aparacağıq".
Məlumat üçün bildirək ki, Macarıstanda parlament seçkiləri aprelin 12-də baş tutacaq.
Orban: "Brüssel sülh istəmir"
Viktor Orban Rusiya-Ukrayna müharibəsinin həlli üzrə mövqeyinə görə Avropa İttifaqını dəfələrlə tənqid atəşinə tutub. Rəsmi Budapeşt belə bir vəziyyətdə münaqişənin daha da uzanacağı iddiasını irəli sürərək, Kiyevə hər hansı maliyyə dəstəyi ayırmır.
Firudin Həmidli
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. "Ukrayna bu məqsədlə Macarıstan müxalifətinin seçkilərdə qələbə çalmasını istəyir. Ona görə də daxili işlərimizə qarışmağa çalışır. Bu, tamamilə yolveriməzdir, əlbəttə, mübarizə aparacağıq".