Orban: Ukraynanın Aİ yə üzvlüyü indi Avropada müharibəyə səbəb olacaq

01.10.2025

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

Macarıstanın baş naziri Viktor Orban, Ukraynanın Aİ-yə üzvlüyünə qarşı çıxdığını bildirərək, bunun Avropada müharibəyə səbəb olacağını vurğulayıb.

Xalqcebhesi.az xəbər verir ki, o, Kopenhagendə Aİ-nin qeyri-rəsmi sammitinə gələrkən deyib.

"Ukraynanın Aİ-yə üzvlüyü yoxdur. Çünki üzvlük ilk növbədə Avropa Birliyinə müharibənin gəlməsi deməkdir. İkincisi, Aİ-nin pulu Ukraynaya gedəcək", - o deyib.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью