Orban və Putin nədən danışıb? Siyarto açıqladı

11.12.2024

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Macarıstanın baş naziri Viktor Orban və Rusiya prezidenti Vladimir Putin Avropada uzunmüddətli və davamlı sülhün bərqərar olması perspektivlərini müzakirə ediblər.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

O bildirib ki, telefon danışığı Orbanın təşəbbüsü ilə baş tutub. Liderlər Yaxın Şərqdəki, xüsusilə Suriyadakı vəziyyəti, Ukrayna ilə bağlı məsələləri, o cümlədən ticarət-iqtisadi sahədə əməkdaşlığı, həmçinin birgə enerji layihələrinin həyata keçirilməsini müzakirə ediblər.

“Orban və Putin regionda uzunmüddətli sülhün bərqərar olmasının mümkün yolları haqda müzakirə aparıb”, – deyə Siyarto vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью