Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Macarıstanın baş naziri Viktor Orban və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp arasında Floridadakı Mar-a-Laqo malikanəsində danışıqlar üç saat davam edib.
Bizimyol.info xəbər verir ki, Macarıstan hökuməti bu barədə məlumat verərək, yeni Amerika administrasiyasına yer alcaq İlon Maskın da görüşdə iştirak etdiyini qeyd edib.
“ABŞ-ın yeni seçilmiş prezidenti Viktor Orbanı Floridadakı malikanəsində qəbul edib.
Baş nazir Donald Trampla üç saat danışıb”, - deyə hökumət öz Facebook səhifəsində bildirib.
Siyasətçilərin hansı məsələləri müzakirə etdikləri dəqiqləşdirilməyib.
Orban da Trampla danışıqlar barədə məlumat verərkən bu detalları açıqlamaqdan çəkinib.
O, yalnız sosial şəbəkələrdə əlavə edib ki, gələcək milli təhlükəsizlik müşaviri Mayk Vals və Macarıstanın xarici işlər naziri Peter Siyarto onlarla birlikdə Mar-a-Laqoda olub.