GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının Rusiyaya qarşı enerji sanksiyalarını sərtləşdirmək planını “absurd siyasət” adlandırıb və Budapeştin bu təşəbbüsləri dəstəkləməyəcəyini bəyan edib.
Globalinfo.az xəbər verir ki, Orban bu fikirləri Avropa İttifaqı xarici işlər nazirlərinin 21 may tarixində keçirilən iclasından sonra bildirib.
Sözügedən görüşdə Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin hazırlanması müzakirə olunub.
Macarıstan hökumət başçısı bildirib ki, Budapeşt bu məsələdə sağlam düşüncə ilə hərəkət edəcək və Brüsselin Rusiyaya qarşı enerji siyasətini dəstəkləməyəcək.
O, həmçinin Ukraynanın Aİ-yə tələsik qəbul olunmasına qarşı çıxıb və macar xalqını bu məsələdə mövcud referendum çərçivəsində mövqelərini bildirməyə çağırıb.
“Ukraynadan gələn enerji təhdidi artır. Avropanın xarici işlər nazirləri Brüsseldə toplaşaraq yeni sanksiyalar paketini müzakirə etdilər.
Aydındır ki, Brüssel bürokratları absurda çevrilmiş enerji siyasətini davam etdirir”, – deyə Orban “Facebook” hesabında yazıb.