Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq. Macarıstanın baş naziri Viktor Orban Vladimir Zelenskinin təhqirlərinə cavab olaraq, təxri
KONKRET.az xəbər verir ki, Zelenski Macarıstanın baş naziri Viktor Orbanı alçaltmağa çalışaraq, onun Ukraynadakı münaqişənin həlli üzrə danı
“Biz heç bir təxribata cavab verməyəcəyik, bunu qəbul et ya da rədd et”, – Orban X sosial şəbəkəsində yazıb.
Zelenski keçən həftə Rusiya prezidenti Vladimir Putinə Avropada “uzunmüddətli və davamlı” sülhün bərqərar olması imkanını müzakirə etmək üçün zəng etdiyi üçün Orbanı təhqir edib.
Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, macar tərəfi Kiyevdən Orban və Zelenski arasında telefon danışığı tələb edib, lakin “mədəniyyətsiz formada rədd” cavabı alıb.
Xatırladaq ki, Orban Rusiya prezidenti Vladimir Putinə Rusiya ilə Ukrayna arasında məhbus mübadiləsi və Milad bayramında atəşkəs ideyasını dilə gətirib, bu təklif diplomatik kanallar vasitəsilə də Vladimir Zelenskiyə çatdırılıb.
Lakin Orbanın sözlərinə görə, Zelenski bu təklifi rədd edib.
(Sputnik) KONKRET.az Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.