Orbandan Avropa İttifaqının taleyi ilə bağlı inanılmaz proqnoz

06.10.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Macarıstan avronu qəbul etməməlidir, çünki Avropa İttifaqı (Aİ) dağılma prosesindədir”.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

“Avropa İttifaqı problem içindədir, parçalanma prosesindədir, sadəcə olaraq dağılır. Radikal dəyişikliklər baş verməsə, bu proses davam edəcək.

Macarıstanın taleyinin ittifaqla indiki kimi daha sıx bağlı olmasını istəməzdim. Avro məhz bu məqsədə xidmət edəcək”, – deyə o bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью