Orbandan qorxunc etiraf: Bütün dünyaya çağırış etdi

22.01.2026

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünya mövcud və səmərəsiz qaydalara əsaslanan beynəlxalq nizamdan imtina etməlidir.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban İsveçrənin “Die Weltwoche” jurnalına verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, bu sistemə alternativ ABŞ Prezidenti Donald Trampın təklif etdiyi “yeni razılaşmaya əsaslanan nizam” ola bilər.

Orban qeyd edib ki, qaydalara əsaslanan beynəlxalq nizam özünü doğrultmayıb və xüsusilə Qərb dünyasında bəşəriyyətin əsas problemlərini həll etməkdə aciz qalıb.

“Qaydalara əsaslanan nizam uğursuzluğa düçar olub. Xüsusilə Qərb yarımkürəsində bəşəriyyətin heç bir fundamental problemini həll edə bilməyib. Buna görə də ona yapışmağın mənası yoxdur”, — deyə Macarıstanın baş naziri vurğulayıb.

Siyasətçi bildirib ki, yeni formalaşan qlobal mühitdə hər bir ölkə öz yerini müəyyənləşdirməlidir. Orbanın fikrincə, bunun üçün dünya liderləri şəxsi münasibətləri gücləndirməli, qarşılıqlı etimad yaratmalı və konkret sövdələşmələrə üstünlük verməlidirlər.

Tahir Turan
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью