Orbandan ŞOK AÇIQLAMA: Rusiya Aİ ölkələrinə və NATO ya hücuma hazırlaşır? KONKRET | Icma.a…
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının rəhbərliyini Ukraynadakı müharibədən stifadə edərək Rusiyaya qarşı qabaqlayıcı zərbə endirmək niyyətində olmaqda ittiham edib.
KONKRET.az xəbər verir ki, o, bunu Budapeştdə Karpat Hövzəsi Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, inkişafa və rifaha diqqət yetirmək əvəzinə, “Aİ-nin hazırkı rəhbərliyi əsas vəzifəni – cəmiyyətin rifahının gücləndirilməsini Rusiyaya qarşı mübarizə ilə əvəz etməyə çalışır.
Orban iddia edir ki, Brüsseldə hərbi təbliğat aparılır, ona görə də Rusiya guya Aİ ölkələrinə və hətta NATO-ya hücum etməyə hazırlaşır.
“Və yalnız qabaqlayıcı zərbə onu dayandıra bilər”, – Macarıstanın baş naziri əlavə edib.
Orbanın sözlərinə görə, Aİ Ukraynadakı müharibəni Rusiyaya qarşı qabaqlayıcı zərbə forması kimi qiymətləndirir.
Müşviq Tofiqoğlu KONKRET.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu