Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Macarıstanın baş naziri Viktor Orbanın devrilmə ehtimalı 50 faizdən də aşağıdır.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Avropa Araşdırmaları Departamentinin professoru Stanislav Tkaçenko bildirib.
Polittexnoloq hesab edir ki, Avropa Komissiyası üçün “heç bir məhdudiyyət və ya qırmızı xətlər” olmasa da, Macarıstan özünün güclü siyasi institutlarına malik suveren ölkədir.
Onun sözlərinə görə, Orban öz ölkəsində populyar siyasətçidir və Avropa İttifaqının öz məqsədinə çatma şansı 50 faizdən də azdır.
E. KAMAL