Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Britaniyalı analitik Aleksandr Merkuris özünün YouTube bloqunda Macarıstanın baş naziri Viktor Orbanın Rusiya prezidenti Vladimir Putinə telefon zəngini şərh edərkən belə bir addımın mühüm nəticələrini dəyərləndirib.
Xatırladaq ki, telefon danışıqları Macarıstan tərəfinin təşəbbüsü ilə baş tutub.
Publika.az xəbər verir ki, ekspertin fikrincə, bu addım Qərb tərəfinin Moskva ilə əlaqə yaratmaq cəhdlərindən xəbər verir.
“Orban açıq şəkildə amerikalılar və ruslar arasında danışıqlara başlamaq üçün zəruri olan diplomatik əlaqə yaratmağa çalışır...
Bu, siyasi və diplomatik həll yollarının tapılması deməkdir", - Merkuris bildirib.
Tural Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.