Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Bakı şəhərinin Nizami rayonunda, Bəkir Çobanzadə küçəsində yerləşən ərazidə "Orbita MTK" tərəfindən inşa edilən yaşayış binasının qaraj tikintisi üçün ərazidəki ağaclar kəsilib. Yerli sakinlər bildirirlər ki, yaşıllığın azalması həm hava keyfiyyətinə, həm də gündəlik həyatlarına mənfi təsir göstərə bilər.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən ekoloq Sadiq Həsənov bildirib ki, son dövrlərdə Nizami və Xətai rayonlarında ağacların kəsilməsi daha intensiv xarakter alıb:
“Müxtəlif obyektlərin və qaraj sahələrinin tikintisi müəyyən narahatlıq yaradır, çünki bu rayonlarda və Bakının digər ərazilərində yaşıl sahələr həddən artıq azdır. Ümumiyyətlə, yaşıl sahələr ərazinin yalnız 5–6%-ni təşkil edir ki, bu da normadan xeyli aşağıdır”.
Ekspert vurğulayıb ki, ağacların kəsilməsi, yerində qaraj və ya digər obyektlərin tikilməsi yaxşı hal deyil:
“Bakı yarı-quraq ərazi olduğundan ağacların əkilməsi, böyüməsi və oksigen təmin etməsi uzun müddət və ciddi qayğı tələb edir. Yetişmiş və müəyyən boya çatmış ağacların kəsilməsi oksigen mühitinə mənfi təsir göstərir və şəhərin havasının keyfiyyətini pisləşdirir”.
Sadiq Həsənov əlavə edib ki, Nizami və Xətai rayonlarında nəqliyyatın intensivliyi və havanın çirklənməsi nəzərə alınarsa, yaşıl ərazilərin qorunması daha da vacibdir:
“Bu səbəbdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ağacların qorunması ciddi şəkildə nəzarət olunmalıdır. Azərbaycan qanunvericiliyinə görə, fiziki şəxslər 600–800 manat, hüquqi şəxslər isə 4.000–5.000 manat cərimə oluna bilərlər”.
Ekspert qeyd edib ki, Nazirlik bir çox ərazilərdə ağacların pasportlaşdırılmasını həyata keçirib və pasportlar göstərir ki, ağacların kəsilməsi üçün mütləq ekspertiza departamentindən icazə alınmalıdır:
“Lakin bəzi hallarda, məsələn, Çobanzadə küçəsində yerləşən Orbita MTK yaşayış binasının ərazisində ağacların kəsilməsi, qanunvericilik və ekspertiza prosedurlarına əməl olunub‑olunmadığı baxımından ciddi yoxlanılmalıdır. Əgər qayda pozuntusu aşkar edilərsə, mütləq inzibati cəzalar tətbiq olunmalıdır”.
Qeyd edək ki, şəhərdə yaşıllığın qorunması həm ekoloji tarazlığın təmin olunması, həm də sakinlərin sağlamlığı baxımından həyati əhəmiyyət daşıyır.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən ekoloq Sadiq Həsənov bildirib ki, son dövrlərdə Nizami və Xətai rayonlarında ağacların kəsilməsi daha intensiv xarakter alıb: