“Orbita” MTK nın rəhbərləri qanunları heçə sayır….Nizami rayonunda yaşayan 100 ə ailə çəti…
Yenigundem saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Nizami bələdiyyəsinə yeni üzv seçilən Bağıyev Amil Famil oğlu həmçinin, “Orbita” MTK-nın icraçı direktoru imiş… “Orbita” MTK-nın sahibi Bağıyev Famil Qambay oğludur.
İcraçı direktor isə, Nizami bələdiyyəsinə yeni seçilmiş oğlu Bağıyev Amil Famil oğludur.
Qeyd edək ki, Amil Bağıyevin direktoru olduğu “Orbita” MTK paytaxtın Nizami rayonunda, Metronun Qara Qarayev stansiyasının yaxınlığında içində sakinlərin yaşadığı binanın sökməsi ilə məşhurdur.
Yerli mətbuatda dərc olunan şikayətdə bildirilir ki, Kamil Balakişiyev küçəsindəki binada ümumilikdə binada 100-dən artıq ailə yaşayır.
Onların əksəriyyəti ilə razılıq əldə edilsə də, 15-ə yaxın əmlak sahibi istəklərinin təmin edilmədiyini bildirir.
Xatırladaq ki, həmin ərazidə 4 küçənin kəsişməsində “Orbita” MTK 7 ədəd 15 mərtəbəli yaşayış binasını tikir.
Razılıq əldə olunmayan sakinlər mənzillərində yaşaya-yaşaya MTK tərəfindən həmin binanın söküntüsünün aparıldığı bildirilir.
Tam oxu
Xəbəri oxu