Orda paytaxta hücuma BAŞLADI

05.10.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətini dəstəkləyən silahlı qüvvələr ölkənin şimalına nəzarət edən şiə “Ənsar Allah” (Husi) hərəkatının nəzarəti altında olan paytaxt Sənaya hücuma keçib.

“Cebheinfo.az” xəbər verir ki, hökumətyönlü ordunun sözçüsü Məcid əl-Nazili 2X” sosial media saytında yazıb: "Silahlı qüvvələrimiz Sənaya nəzarəti geri almaq üçün strateji hücum əməliyyatına başlayıb".

Daha əvvəl Yəmənin Prezident İdarəetmə Şurasının rəhbəri Rəşad əl-Əlimi 2014-cü ildə husilər tərəfindən ələ keçirilən Yəmənin paytaxtı Sənaya nəzarəti geri almaq üçün əməliyyatın başladığını elan etmişdi.

Xəzər
“Cebheinfo.az”

Açar sözlər: Sana hücum

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью