Ördəyi nişan alıb kürəkənini öldürdü Ov zamanı DƏHŞƏT

23.04.2025

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın Kamçatka bölgəsində kişi ov zamanı kürəkənini güllələyib.

Lent.az yerli mediaya istinadla bildirir ki, aprelin 18-də baş verib. 65 yaşlı kişi 35 yaşlı kürəkəni ilə qayıqda olarkən bir ördək görüb və tüfəngi ona tərəf yönəldib. Kişi kürəkəninin yanında olduğunu düşünüb və ördək havaya qalxarkən ona 1 dəfə atəş açıb. Bu zaman ehtiyatsızlıqdan kürəkənini vurub. 

Güllə zərərçəkənin sinəsinə dəyib. Qısa müddət sonra o, aldığı yaralardan dünyasını dəyişib. Hadisə əsasında Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu ( ehtiyatsızlıqdan ölümə səbəb olma) ilə bağlı cinayət işi açılıb.

Hazırda müstəntiqlər hadisənin bütün təfərrüatlarını müəyyənləşdirirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью