ORDU Avrokubokda cavab oyununa çıxır

13.11.2026

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

19 noyabr 2026-cı il tarixində Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində kişilər arasında voleybol üzrə Avropa Voleybol Konfederasiyasının (CEV) Çelenc Kubokunun 1/32 final mərhələsi keçiriləcək. Sport24.az xəbər verir ki,  Azərbaycanı təmsil edən ORDU komandası Norveçin FORDE VBK komandası ilə cavab oyununa çıxacaq.

Qeyd edək ki, komandalar arasında noyabrın 11-də Norveçdə keçirilən ilk qarşılaşmada "ORDU" komandası inamlı oyun nümayiş etdirərək rəqibini 3:0 hesabı ilə məğlub edib.

Cavab qarşılaşması ORDU komandası üçün növbəti mərhələyə yüksəlmək uğrunda mühüm əhəmiyyət daşıyır. Komandamız doğma meydanda azarkeşlərinin dəstəyi ilə uğurlu çıxışını davam etdirməyi hədəfləyir.

Azərbaycanı və Ordumuzu beynəlxalq arenada təmsil edən "ORDU" komandasına qarşıdakı oyunda uğurlar arzulayırıq!

Tarix: 19 noyabr 2026-cı il / 18:00
Məkan: Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi
Yarış: CEV Çelenc Kuboku – 1/32 final, cavab oyunu
Qarşılaşma: ORDU (Azərbaycan) – FORDE VBK (Norveç)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью