Ordu Gəncədən məyus dönür

15.03.2025

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Basketbol Liqasının XVIII turunda "Gəncə" "Ordu" kollektivinə qalib gəlib. Sport24.az xəbər verir ki, Gəncə İdman Sarayında baş tutan B qrupunun oyununda meydan sahibləri 84:74 hesablı qələbəyə seviniblər.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Quba" "Lənkəran"ı 95:84, "Şəki" isə "Sumqayıt"ı 104:96 hesabı ilə məğlub edib. Tura martın 16-da yekun vurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью