Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-a məxsus hərbi hava və dəniz qüvvələrinin İsrailə doğru hərəkəti ilə bağlı məlumatlar yayılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Military” portalı məlumat yayıb. Bildirilir ki, “United States Air Force”ə məxsus 14 ədəd tanker təyyarəsi gecə saatlarında Təl-Əvivdə yerləşən “Ben Gurion International Airport”a eniş edib.
Məlumatlara görə, bu addımın İrana mümkün hərbi əməliyyat ssenariləri fonunda atıldığı iddia olunur.
Eyni zamanda, “United States Navy”yə məxsus nüvə enerjisi ilə işləyən USS Gerald R. Ford təyyarədaşıyan gəmisinin də İsrail sahillərinə çatdığı bildirilir.
Rəsmi Vaşinqton və ya Təl-Əviv tərəfindən məsələ ilə bağlı hələlik geniş açıqlama verilməyib. Hadisələrin bölgədə artan gərginlik fonunda baş verdiyi qeyd olunur.
Tahir Turan
Globalinfo.az