Ordu küçələrə axışdı: Şiddətli etirazlar davam edir

20.10.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

İtaliya hökuməti yaşayış xərclərinin yüksək olması ilə bağlı etirazların polislə toqquşmalara, vandalizmə və talanlara çevrilməsindən sonra Milana 500 əsgər göndərib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb. 

“Hakimiyyət orqanları şənbə günü keçirilməsi planlaşdırılan daha çox nümayişdən əvvəl təhlükəsizlik tədbirlərinin artırılması və iğtişaşlara son qoyulacağına söz verib”, - deyə nəşr qeyd edir.

Baş nazir Corcia Meloninin kabineti həmçinin, yetkinlik yaşına çatmayanlar üçün profilaktik həbsin genişləndirilməsi, gənclər dəstələrinin qarşısının alınması və ictimai asayişə təhdid hesab edilən insanların toplaşmasının qadağan edilməsi də daxil olmaqla yeni məhdudiyyətlərin qəbulunu sürətləndirməyə hazırlaşır.

Polisin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları 271 nəfəri saxlayıb. Onlardan 32-si, o cümlədən 23 yetkinlik yaşına çatmayan və 13 əcnəbi həbs edilib. Daha 28 nəfər məhkəmə orqanlarına təhvil verilib. Qeyd edək ki, oktyabrın 17-də İtaliyada yaşayış qiymətlərinin artmasına, yanacaq qiymətlərinin artmasına və vergi təzyiqlərinə qarşı kütləvi etirazlar baş qaldırıb.

Milan, Turin, Bolonya və Berqamoda polislə toqquşmalar baş verib. İtaliyanın Baş naziri etirazlara cavab olaraq sosial mediada yazıb ki, insanların nümayiş keçirmək hüququ var. Lakin onların şəhərləri yandırmaq hüququ yoxdur.

O, mütəşəkkil cinayətkar qrupların etirazlardan istifadə edərək xaos yaratmaq, təhlükəsizlikdən məsul olanlara hücum etmək və bütün şəhərləri girov götürmək üçün istifadə etdiklərini qeyd edib.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью