Ordu nun basketbolçusu: Bu atmosfer mövsümün sonuna doğru bizə çox kömək edəcək

20.02.2025

Icma.az, sport24.az saytına istinadən bildirir.

"Hazırda B qrupunda mövqeyimiz yaxşıdır və mövsümün sonunda birinci yeri tutaraq pley-off mərhələsinə vəsiqə qazanacağımıza inanıram". Sport24.az xəbər verir ki, bunu mətbuat xidmətinə açıqlamasında "Ordu"nun basketbolçusu İsiah Pope deyib.

ABŞ-dən olan oyunçu Azərbaycan Basketbol Liqasında keçirəcəkləri növbəti matçları dəyərləndirib:

"Fikrimcə, bir komanda kimi geridə qalan bütün oyunlarda xarakter nümayiş etdirdik. Bəzi görüşlərdə vacib qələbə qazandıq, ancaq qalib gəlməli olduğumuz bir sıra qarşılaşmalarda da uduzduq. Hesab edirəm ki, bir komanda kimi artıq formalaşmışıq. Kollektivin bütün üzvləri yaxşı əhval-ruhiyyədədir. Bu atmosfer mövsümün sonuna doğru bizə çox kömək edəcək".

Qeyd edək ki, "Ordu" B qrupunda 24 xalla üçüncü pillədə qərarlaşıb. Lider "Gəncə" və ikinci sıradakı "Şəki" də eyni xala malikdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью