Ordu Zaytsevi transfer edib

29.07.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

"Ordu" voleybol klubu İvan Zaytsevi transfer edib.

Bu barədə Bakıvaxtı.az-a klubun mətbuat xidmətindən bildirilib.

İtaliyalı voleybolçu ilə növbəti mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, İ.Zaytsev Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır. O, karyerası ərzində Avropa çempionatının gümüş və bürünc, Millətlər Liqasının, həmçinin CEV Çempionlar Liqasının mükafatçısı olub. Təcrübəli voleybolçu dəfələrlə İtaliya çempionu və ölkə kubokunun sahibi adını qazanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью