Icma.az, Azertag saytına istinadən bildirir.
Naxçıvan, 2 iyul, AZƏRTAC
Culfa rayonunun Yaycı kəndi ərazisində minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində Ordubad rayonunu təbii qazla təmin edən magistral xətdə yaranmış qəza aradan qaldırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə səbəbindən bu gün saat 16:55-dən etibarən Ordubad rayonunun qaz təchizatı müvəqqəti dayandırılmışdı. Aidiyyəti qurumun əməkdaşları tərəfindən aparılan operativ təmir-bərpa işləri uğurla yekunlaşdırılıb və rayona təbii qazın verilişi tam şəkildə bərpa olunub.
Müxbir- Nail Əsgərov