Ordubad və Culfanın bəzi ərazilərində qaz kəsiləcək

10.09.2026

Icma.az bildirir, 525.az portalına istinadən.

Bu gün Naxçıvan Muxtar Respublikası (MR) Ordubad və Culfa rayonlarının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə 525.az-a "Azəriqaz" İstehsalat Birliyinin Naxçıvan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 10-u saat 10:00-dan etibarən, Ordubad rayonu, Culfa rayonunun Yaycı, Dizə, Gal və Şurud kəndləri, həmçinin Culfa şəhərinin bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi işlər başa çatdıqdan sonra mərhələli şəkildə bərpa olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью