Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ordubad rayonunda avtobus qəzası baş verib.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Dırnıs kəndində qeydə alınıb.
İlkin məlumata görə, qəza nəticəsində 11 nəfər xəsarət alıb.
Hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci il təvəllüdlü Sura Möhsünlü, 1967-ci il təvəllüdlü Sara Məmmədova, 1979-cu il təvəllüdlü Raidə Əliyeva, 1992-ci il təvəllüdlü Gülşad Tağıyeva, 1966-cı il təvəllüdlü Cəmilə Tağıyeva, 1955-ci il təvəllüdlü Validə Həsənova və 1977-ci il təvəllüdlü Güllər Hacıyeva xəsarət alıblar.
İlkin məlumata görə, xəsarət alan şəxslər yas mərasimində iştirak etmək üçün yola düşərkən qəzaya uğrayıblar. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.