Ordubadda avtomobillər toqquşub, 6 nəfər xəsarət alıb AZƏRTAC

30.12.2024

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Naxçıvan, 30 dekabr, AZƏRTAC

Ordubad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, qəza rayonun Aza kəndi ərazisində qeydə alınıb. 69-BD-013 dövlət nömrə nişanlı "NAZ-Lifan" markalı avtomobillə 69-BF-392 dövlət nömrə nişanlı "Lada" markalı avtomobil toqquşub. Qəza nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью