Ordubadda internet olmayacaq

20.07.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İyulun 20-də Ordubad rayonu ərazisində internet xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni avadanlıqlar quraşdırılacaq.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, bununla əlaqədar olaraq, gün ərzində rayonun bəzi yaşayış məntəqələrində internet və digər rabitə xidmətlərinin göstərilməsində müvəqqəti və qısamüddətli fasilələrin yaranması mümkündür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью