Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ordubadda itkin düşdüyü deyilən şəxsin Türkiyəyə getdiyi müəyyənləşib.
Bakıvaxtı.az xəbər verir ki, iki gün əvvəl evdən çıxıb və bir daha geri qayıtmayan Ordubad sakini, 1976-cı il təvəllüdlü Müşviq Firuddin oğlu Əkbərov tapılıb.
Əldə etdiyimiz məlumata, görə polisin araşdırmaları nəticəsində 50 yaşlı şəxsin Türkiyəyə getdiyi müəyyən edilib.