Ordubadda maşın aşdı, 4 nəfər yaralandı

20.03.2025

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, qəza Ordubad rayonun Dəstə kəndi ərazisində qeydə alınıb.

Belə ki, 69-BF-289 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb.

Hadisədə zamanı Ordubad rayon Qoşadizə kənd sakinləri 1989-cu il təvəllüdlü Tağıyev Tural Bəşir oğlu, həyat yoldaşı Tağıyeva Əsmər Baxışəli qızı, övladları 2016-cı il təvəllüdlü Tağıyev Vüqar Tural oğlu və Tağıyeva Səma Tural qızı xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri ağırdır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью