Ordubadda meyxana məclisində dava düşdü | Icma.az
Icma.az, Bakupost portalına istinadən məlumat verir. Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kafedə dava olub.Bakupost.az "Teleqra
Kafe sahibi Elşad Ordubad Rayon Polis Şöbəsinə zəng vurub və onları hadisə yerinə çağırıb.
Bildirib ki, barəsində şikayət olunan şəxs saat 00:30-da kafeyə sərxoş gəlib, orada meyxanaçıya söz atıb.Daha sonra kafenin həyətində ucadan səs-küy salıb, nalayiq ifadələr işlədib, sakitləşmək üçün edilən xahişlərə məhəl qoymayıb, özündən çıxaraq stolları təpikləməyə başlayıb, pivə bakalını kafedə oturanların başına çırpmaq istəyib.Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib.İş baxılması üçün Ordubad Rayon Məhkəməsinə göndərilib.
Hakim Tural Haqverdiyevin barəsində olan inzibati iş üzrə qərar elan edilib.Təqsirli bilinən şəxs 29 gün müddətinə inzibati qaydada həbs edilib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu