Ordubadda yol nəqliyyat hadisəsi baş verib, dörd nəfər xəsarət alıb

20.03.2025

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ordubad rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib, dörd nəfər xəsarət alıb.
Demokrat.az  "Nuhçıxan"a istinadən xəbər verir ki, hadisə rayonun Dəstə kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb.
Hadisə zamanı Ordubad rayonu, Qoşadizə kənd sakinləri - 1989-cu il təvəllüdlü Tural Bəşir oğlu Tağıyev, həyat yoldaşı Əsmər Baxışəli qızı Tağıyeva, övladları 2016-cı il təvəllüdlü Vüqar Tural oğlu Tağıyev və Səma Tural qızı Tağıyeva xəsarət alıblar.
Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri ağırdır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью