Ordubadın 11 kəndinə qazın verilişi dayandırıldı

16.06.2026

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Biləv kəndində yerləşən su elektrik stansiyasının gölündə suyun tam buraxılması nəticəsində qaz xəttinə ziyan dəyib.
Bizim.Media xəbər verir ki, nəticədə Ordubad rayonunun Gilançay, Biləv, Bəhrud, Parağa, Parağaçay, Tivi, Nəsirvaz, Bist, Ələhi, Xurs və Nürgüt kəndlərinə qazın təchizatı müvəqqəti dayandırılıb.
Qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью